London Yay Məktəbi

Biz Improveer International Xaricdə Təhsil mərkəzi olaraq 2 ildən artıqdır ki, orta məktəb tələbələri üçün Londonda qrup şəklində, Birləşmiş Krallığın digər şəhərlərində individual olaraq yay məktəbləri təşkil edirik. Bu ənənəyə sadiq qalaraq şirkətimiz bu ildə, yəni 2018-ci ilin yayında orta məktəb tələbələri üçün Londonda növbəti yay məktəbini təşkil edir.

Proqram tarixləri: 29 İyul-12 Avqust 2018

İngilis dili dərsləri
Gündə 3 saat olmaqla həftədə 15 saat keçilən proqram ümumilikdə 30 saat təşkil edilir. Şagirdlər ilk dərs günü səviyyə müəyyənləşdirmə imtahanında iştirak edəcəklər və hər bir tələbə ingilis dili səviyyəsinə uyğun olaraq qruplara bölünəcəkdir. Dərslərdə şagirdlər başqa ölkələrdən gələn şagirdlərlə birlikdə iştirak edirlər və hər sinifdə 12 şagird olur. Proqramın sonunda şagirdlər yenidən imtahan olunacaq və University of East London Summer School Proqramında iştirak etdikləri barədə Sertifikat təqdim olunur.

Accommodation
Yay məktəbinə qatılan tələbə University of East Londonun Tenza çayının sahilində yerləşən rəngarəng yataqxanasında 1 nəfərlik en-suit otaqlarda qalacaqlar. En-suit otaqlarda içərisində sanitar otağıda yerləşir. Otaqda tələbənin rahatlığı üçün hər bir şərait mövcuddur.
Həmçinin, tələbələr yataqxananın camaşırxanasından da istifadə edə bilərlər. Qız və oğlan tələbələrinin qaldıqları otaqlar adətən fərqli binalarda və ya fərqli mərtəbələrdə olur. Improveer International şirkətinin göndərdiyi rəhbər müəllimlər 24 saat tələbələrlə birlikdədirlər.

Ödənişə daxil olan xidmətlər:
1. Qeydiyyat
2. Viza Rüsumu
3. Dil kursu və Sertifikat
4. 1 nəfərlik en-suit otaqlar
5. Səhər, günorta və axşam yeməkləri
6. Proqram müddətində professional rəhbər nəzarəti
7. Havalimanında qarşılanma və yola salma
8. Gündəlik nəqliyyat vasitələri
9. Gəzintilər və ekskursiyalar

QEYD: Ödənişə Bakı-London-Bakı aviabileti daxil deyildir.
Improveer International olaraq tələbələrin vizalarını aldıqdan sonra, tələbələrimiz üçün endirimli biletlər təşkil edirik.
London Yay Məktəbi Proqramında iştirak üçün yaş aralığı: 11-16 yaş
Mərkəz: University of East London

Universitet Tələbələri Üçün
Improveer International Xaricdə Təhsil şirkəti olaraq bir çox ölkələrdə olan qabaqcıl üniversitetlərin, eləcədə bir sıra Böyük Britaniya universitetlərinin Azərbaycanda nümayəndəsi olaraq sizə semestr imtahanlarından sonra Londonda səmərəli vaxt keçirməyi, ingilis dili biliyinizi daha da inkişaf etdirməyi, Londonun gəzməli və görməli yerlərini (Madame Tussaud, Buckhingham Palace, Big Ben, London Eye, Oxford Street, Piccadilly Circus, Tower of London, Natural History Museum, Covent Garden və s. ) gəzməyi təklif edir.

London Yay Məktəbi I, II və III kursda olan universitet tələbələri üçün nəzərdə tutulmuşdur.
London yay məktəbində siz 2, 3 və 4 həftəlik proqramlarda iştirak edə bilərsiniz. Bu müddət ərzində siz yerli britaniyalı müəllimlər tərəfindən həftədə 20 saat ingilis dili dərsləri alacaqsınız. Tədris müddətində yaşayış yeri isə hər bir şəraiti olan yataqxanalardır. Yataqxanalar tək və iki nəfərlik otaqlardan ibarətdir.
Siz London Yay Məktəbinə qoşulmaqla 30-a yaxın müxtəlif ölkədən gələn universitet tələbələri ilə beynəlxalq tələbə mühitində olacaqsınız.

Ödənişə daxil olan xidmətlər:
Həftəlik 20 saat dərs;
Yataqxana ( tək və ya iki nəfərlik otaqlarda);
Havalimanında qarşılanma və yola salınma;
Registrasiya;
Kitablar və dərs vəsaitləri;
Viza rüsumu;
Beynəlxalq sertifikatlar.