Xəbərlər

İsveç xarici tələbələr üçün “Visby Təqaüd Proqramı”na qəbul elan edir


İsveç magistratura, doktorantura dərəcələrində təhsil almaq və ya doktorantura sonrası tədqiqat (postdoct) aparmaq istəyənlər üçün “Visby Təqaüd Proqramı” elan edir.

Təqaüd proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Russiya, Ukrayna vətəndaşları üçün 2017- 2018-ci tədris üzrə elan edilib.
Təqaüdün magistratura dərəcəsi üzrə müddəti 1-2 il, doktorantura üzrə 12 ay, doktorantura sonrası tədqiqat (postdoct) üçün 6,9 və ya 12 ay, böyük elmi işçilər (senior scientists) üçün müddət isə 6 ay müəyyənləşdirilib.

Təqaüdün məbləği magistratura üçün 9 000 İcveç kronu (SEK) aylıq ödəniş, sığorta və yol xərcləri, doktorantura üçün 15 000 İsveç kronu (SEK), doktorantura sonrası tədqiqat və böyük elmi işçilər (senior scientists) üçün isə 18 000 İsveç kronudur (SEK).

Magistratura üçün ayrılan yerlərə 50 nəfər, doktorantura, doktorantura sonrası tədqiqat, böyük elmi işçilər (senior scientists) 40 nəfər qəbul olunacaq.
Təqaüdə müraciət üçün yaş həddi yoxdur. Müraciət tarixi gələn il fevralın 1-dən 10-dəkdir. Namizədlərdən fərdi formada müraciət etmələri tələb olunur. Suallarınızı si@si.se elektron ünvanına göndərə bilərsiniz.

Rəsmi İnternet səhifəsi: www.sweden.se; www.si.se