Xəbərlər

Qazaxıstanda magistratura dərəcəsi üzrə təqaüd proqramı


Qazaxıstanın Nazarbayev Universitetinin Biznes üzrə Ali məktəbi (NUGSB) magistratura dərəcəsi üzrə təhsil almaq istəyən xarici tələbələr üçün təqaüd proqramı elan edir.
ABŞ-ın Duke Universitetinin Fuqua Biznes məktəbi ilə strateji əməkdaşlıq əsasında yaradılan ali məktəb bugünə kimi 2000-dən çox xarici tələbəyə xaricdə təhsil almaları üçün təqaüd proqamı təqdim edib.
Təqaüd haqqında sizi maraqlandıran sualları cavablandırmaq üçün mba.admissions@nu.edu.kz elektron ünvanına yaza və +7 (7172) 709183 nömrəsinə zəng edə bilərsiniz.

Universitetin rəsmi saytı: https://gsb.nu.edu.kz/