MƏTBUATDA BİZ

Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi keçiriləcək - Report.az


REPORT.AZ/ “Improveer International” Xaricdə Təhsil Mərkəzi Bakıda böyük təhsil sərgisi təşkil edəcək.

“Report” xəbər verir ki, sərgidə Türkiyə, Avropa, Birləşmiş Krallıq, ABŞ və Kanada universitetləri iştirak edəcəklər.
“Improveer International”ın təşkil etdiyi sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, xarici universitetlərə qəbul olma şərtləri, IETLS, TOEFL, YÖS, GRE, GMAT və “General English” kursları barədə ərtaflı məlumat veriləcək.

Sərgidə iştirak ödənişsizdir.

Sərgidə iştirak zamanı sürətli giriş üçün qeydiyyat formunu bu linkə daxil olmaqla doldura bilərsiniz:

http://improveer.com/27-masterfair-qeydiyyat.html

Qeydiyyat formunu doldurmayanlar birbaşa sərgi girişində qeydiyyatdan keçə bilərlər.
Sərgi dekabrın 18-də saat 12:00-dan 17:00-dək “Park Inn” hotelində keçiriləcək.
Sərgidə Koç Universiteti, Sabancı Universiteti, Lefke Avropa Universiteti, Beykent Universiteti, Bahçeşehir Universiteti, Mendel University in Brno, Kaplan International English Language School və Kaplan International Pathways şirkətinin təmsilçiliyi ilə Mount Alison University, Northern Arizona University, University of Northern British Columbia, Regina University, Humber University və digər məşhur universitetlər iştirak edəcəklər.
Qeyd edək ki, “Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.

Xəbərə burdan keçid edə bilərsiniz.