MƏTBUATDA BİZ

Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi açılacaq - Azertag.az


Dekabrın 18-də Bakıda “Park İnn” otelində “Improveer International” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə təhsil sərgisi keçiriləcək.

Təhsil Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Avropa, Birləşmiş Krallıq, ABŞ və Kanadanın ali məktəblərinin iştirak etdikləri sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, xarici universitetlərə qəbul olma şərtləri, IETLS, TOEFL, YÖS, GRE, GMAT və General English kursları barədə ətraflı məlumat veriləcək.

Sərgidə iştirak etmək üçün http://improveer.com/27-masterfair-qeydiyyat.html qeydiyyat formasını doldurmaq lazımdır.

Qeydiyyat formasını doldurmayanlar sərginin girişində də qeydiyyatdan keçə bilərlər.

Sərgidə iştirak ödənişsizdir.

Xəbərə burdan keçid edə bilərsiniz.