Kurslar

TOEFL

TOEFL bir çox dünya ölkəsində universitetlərə qəbul olarkən ingilis dili bilgisi səviyyəsini ölçmək üçün istifadə olunan rəsmi sertifikatdır. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. İmtahan nəticəsinin keçərlilik müddəti 2 ildir. Yəni nəticə 2 il sonra ləğv olunur və yeni bir imtahana ehtiyac yaranır.
İmtahan 4 bölmədən ibarətdir.
-Oxumaq (Reading): Burada namizəd müxtəlif mövzularda olan, əsasən akademik mətnləri oxuyaraq həmin mətnlə əlaqəli sualları düzgün cavablandırmalıdır. Yığıla bilən maksimum bal 30-dur.
-Dinləmək (Listening): Burada namizəd əsasən dərs şəraitində gedən dialoqlara və ya monoloqlara qulaq asaraq əlaqəli sualları düzgün cavablandırmalıdır. Yığıla bilən maksimum bal 30-dur.
-Yazmaq (Writing): Namizəd burada verilən mövzular barədə verilen söz limiti içərisində kiçik inşalar yazmalıdır. Yığıla bilən maksimum bal 30-dur.
-Danışmaq (Speaking): Burada namizəd yenə təqdim olunan mövzular barədə verilmiş zaman dilimi içərisində aydın şəkildə danışmalıdır. Yığıla bilən maksimum bal 30-dur.
Toplamda imtahanda yığıla biləcək maksimum bal 120-dir.