Kurslar

IELTS

IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir. Dünyanın ən məşhur ingilis dili tesi olan IELTS ingilis dili bacarığının yoxlanması məqsədilə keçirilir.
İstər təhsil almaq, istər işləmək, istərsə də immiqrasiya məqsədilə hər kəs bu imtahanı verə bilər. Dünyada 6000-dən çox təşkilat bu imtahanı qəbul edir.
IELTS hazırda 130-dan çox ölkədə 800-dən çox test mərkəzi vasitəsilə hazırlanıb, çatdırılır. Dünyada IELTS Australia, British Council və Kembric ESOL qurumlarının birgə idarəsi altındadır. Azərbaycanda da bu imtahanı British Councilda verirsiniz.
IELTS Listening, Reading, Writing və Speaking olmaqla 4 hissədən ibarətdir. Listening hissəsində müraciətçilər dinlədikləri dialoq və ya monoloqlar əsasında onlara təqdim olunan sualları cavablandırmalıdırlar, imtahanın bu hissənin müddəti 30 dəqiqədir, toplana biləcək maksimum bal 9-dur.
Reading hissəsində müraciətçilər onlara təqdim olunan mətni oxuduqdan sonra sualları cavablandırmalıdırlar, bu hissənin müddəti 60 dəqiqədir, toplana biləcək maksimum bal 9-dur.
Writing hissəsində müraciətçilər iki mövzu üzrə akademik səviyyədə inşa yazısı yazmalıdırlar. Bu hissədə akademik ingilis dili ilə yanaşı, dünyagörüşü və dildən istifadə bacarıqları da yüksək bal yığmağa kömək olur. Bu hissənin müddəti 60 dəqiqədir, toplana biləcək maksimum bal 9-dur.
Sonuncu Speaking hissəsi isə sizinlə həmsöhbət olacaq xarici ölkə vətəndaşı olan nümayəndə ilə birbaşa söhbətdə sizə verilən suallara cavab olaraq özünüzü ifadə etməlisiniz. Uğurlu çıxış sizə yüksək bal olaraq dönəcək. Bu hissənin müddəti 11-14 dəqiqədir, toplana biləcək maksimum bal 9-dur. İlk üç hissə ardıcıl olaraq birdəfəyə keçirilir. Speaking testi isə eyni gündə və ya imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra verilə bilər.
Ümumilikdə imtahana ayrılan vaxt 2 saat 45 dəqiqədir. İmtahan nəticəsində hər bir hissədən toplanan baldan yekun bal Overall çıxarılır. Yekun toplana biləcək maksimum bal 9-dur.
IELTS-i qəbul edən təşkilatları IELTS Global Recognition başlığı altında izləyə bilərsiniz.