Kurslar

YÖS

YÖS (Yabancı Öğenci Sınavı) Türkiyədə bakalavr təhsili almaq istəyən Türkiyə vətəndaşı olmayan xarici tələbələrin keçməli olduğu imtahandır. YÖS imtahanı Türkiyənin dövlət və bir sıra özəl universitetlərinin xarici abituriyentlərdən tələb etdikləri imtahandır.

Hazırda imtahanı həm Türkiyədə, həm də Azərbaycanda vermək mümkündür. Hər il mütəmmadi olaraq müxtəlif universitetlər Azərbaycanda yerli tələbələr üçün YÖS imtahanları təşkil edirlər. Hər bir universitetin özünün keçirdiyi YÖS imtahanları olur və universitetlər imtahanların vaxtlarını, qəbul şərtlərini və ballarını özləri fərdi qaydada müəyyənləşdirirlər, yəni qəbul olmaq istədiyiniz universitetin təşkil etdiyi imtahana girmək lazımdır.
YÖS Məntiq, Riyaziyyat və Türk dili olmaqla iki əsas hissədən ibarətdir.
Adətən YÖS imtahanında Məntiq (45) və Riyaziyyat (35) hissəsində ümumilikdə 80 sual olur. Bu nümunədə siz 90 dəqiqə ərzində bu hissədə məntiq və riyazi biliklərinizi nümayiş etdirməlisiniz. Bununla belə hər bir universitetsin qaydaları və imtahanları fərdi olduğuna görə, imtahan müddət və sual sayı da dəyişəndir.

Türk dili hissəsində isə təhsil alacağınız dili-Türk dilini bildiyinizə dair imtahan verəcəksiniz. Bu hissənin nəticəsi sizin təhsil almağınıza böyük təsiri olmayacaq, yəni əsas tələb digər hissədən yüksək balın toplanmasıdır. İmtahan müddəti 60 dəqiqədir. YÖS imtahanından yığıla biləcək maksimum bal 100-dür. Ümumi olaraq aşağı təhsil haqqı ilə normal universitetdə təhsil almaq üçün 65-70 balı keçid olaraq yığmalısınız. Qəbul olmaq istədiyiniz universitet və fakültədən asılı olaraq qəbul balları yüksəlir.

YÖS imtahanı vasitəsilə qəbul ola biləcəyiniz universitetlər