Elanlar

Kanadada magistratura və doktorantura təhsili almaq istəyənlərin nəzərinə!


Kanadanın ingilis və fransızdilli universitetlərində təhsil almaq istəyən tələbə və məzunların nəzərinə xarici dil səviyyəniz minimum 6.0 və ya 6.5 IELTS balı ilə sertifikatlandırılıbsa, siz də müraciət edə bilərsiniz. Sənədlərin qəbulu başlamışdır.

Kanadada magistratura təhsili almaq istəyən tələbə və məzunlar universitet diplomu, transkirpt, IELTS balı və iki ədəd akademik referans məktubu ilə mərkəzimizə yaxınlaşa bilərlər. Kanadanın istədiyiniz universitetinə qəbul olmağınız mümkündür.

PHD Təhsili almaq arzusunda olanlar isə magistr diplomu, transkript, 2-3 il iş təcrübəsi, IELTS balı və iki ədəd akademik referans məktubu ilə müraciət edə bilərlər.

Qeyd edək ki, diplom ortalaması və IELTS balı yuxarı olan namizədlər təqaüd də əldə edə bilərlər.

Daha ətraflı məlumat üçün mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.