Elanlar

Mançester Universiteti


Mançester Universiteti — İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan "Russell Qrupu"nun və elmi-tədqiqat layihələri üzrə "N8 Qrupu"nun üzvüdür. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır.

Mançester Universitetində ərizələrin qəbulu Universitetlərə və Kolleclərə Qəbul Xidməti (Universities & Colleges Admissions Service – UCAS) vasitəsilə İnternet əsasında həyata keçirilir. UCAS-da abituriyentlər özləri haqqında müxtəlif məlumatların saxlandığı səhifə açırlar. Lazımi sənədlər həmin sistemə yüklənir və müvafiq proqram üçün müraciət edilir. Müxtəlif proqramların fərqli tələb qaydaları olsa da, universitetlərin əksəriyyətinin tələbləri aşağıdakılara uyğun gəlir:

1.Niyyət məktubu – inşa şəkilində yazılan bu məktubda abituriyent proqrama nə üçün qəbul olunmaq istədiyini və bundan necə faydalanacağını göstərir;
2.Tövsiyə məktubları – akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktublardır;
3.Abituriyentin ingilis dilini bilməsini təsdiq edən sənədlərə – onların ingilis dilinə nə dərəcədə yiyələndiklərini təsdiq edən IELTS və ya TOEFL imtahanlarının nəticələri aid edilir;
4.Əlavə sənədlər – buraya akademik və iş fəaliyyətini təsdiq edən, müxtəlif təcrübələr haqqında sənədlər daxildir.